Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


07.11.2020  17:35 

Ermənilərin müharibə cinayətləri ilə bağlı hesabat





A+  A-

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, hesabat ingilis dilində hazırlanmış və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulub. Tədbiri giriş sözü ilə açan “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanıb.

Hesabatda beynəlxalq hüquqda mülki şəxslərin qorunması, Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itkilərin sayı, atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması, Bərdədə mülki şəxslərin kütləvi qətlləri, Gəncəyə raket zərbələri və.s məsələlər öz əksini tapıb. Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənılməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur.

Xəbər 2480 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +