Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


03.10.2019  11:43 

“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq





A+  A-

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.
XəzərNews.az xəbər verir ki, "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olacaq. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.

Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i qəbul edəcəcək.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu, II tur

3 oktyabr
23.00 Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
"Jozi Bartel” stadionu.

Xəbər 1546 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +