Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


02.10.2019  12:06 

Şimali Koreya Yaponiyaya raket atdı





A+  A-

Şimali Koreya Yaponiya tərəfinə döyüş raketi atıb.
XəzərNews.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihidze Suqa Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, oktyabrın 2-də səhər saatlarında Vonsan yaxınlığındakı sualtı qayıqdan iki ballistik raket buraxılıb ki, bunlardan biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

Qeyd olunur ki, bununla bağlı Yaponiyada ciddi təhlükə qeydə alınmayıb. Eləcə də, balıqçı gəmilərinə ziyan dəyməsi barədə məlumat yoxdur.

Hadisədən sonra Yaponiya Təhlükəsizlik Şurasının iclası keçirilib. Baş Nazir Şinzo Abenin, Xarici işlər naziri Toşimitsu Moteqinin və Müdafiə naziri Taro Kononun qatıldığı iclasda Yaponiyanın yeni hücumda atacağı addımlar müzakirə edilib.

Xəbər 1415 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +