Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


27.03.2019  11:23 

Müsavat Partiyası mitinq keçirmək istəyir





A+  A-

Müsavat Partiyası "Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna əsasən, 7 aprel, saat 15:00-dan 17:00-dək "Siyasi məhbuslara azadlıq!”, "Sərbəxt toplaşmaq hüququ təmin edilsin!”, "Azad siyasi rəqabət şəraiti yaradılsın!” və s. şüarlarla yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, mitinqin aşağıdakı marşrutlar üzrə keçirilməsi təklif edilir:

1. Metronun "Azadlıq prospekti” stansiyasının çıxışından S.S.Axundov küçəs ilə keçməklə yürüş, metronun "Dərnəgül” stansiyasının yuxarısındakı meydanda mitinq.

2. Metronun "20 Yanvar” stansiyasının çıxışından H.Zərdabi prospektindən keçməklə yürüş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman Sağlamlıq Kompleksinin (keçmiş "mƏhsul” stadionu) stadionunda mitinq.

3. "Gənclik” metrosunun çıxışı, T.Bəhrəmaov adına stadionun qarşısındakı meydanda mitinq.

Yürüş-mitinqdə 5000 (beş min) nəfərin iştirakı gözlənilir.

Mitinq üçün müraciətə Meriya tərəfindən aprelin 2-də cavab veriləcəyi gözlənilir.

Xəbər 1460 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +