Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


27.03.2019  10:57 

Bakıda polis qəza törətdi - Sərxoş olub?





A+  A-

Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib.
Hadisə Heydər Əliyev prospektində baş verib.

Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti "Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.

O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra "Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb.

Baş vermiş qəza ilə əlaqədar hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü R. Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.

Qeyd edək ki, R.Muxtarov Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin əməkdaşıdır. Qəza zamanı o xidmətdə olub. (ONA)


Xəbər 1324 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +