Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


01.03.2019  09:26 

Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı





A+  A-

Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.
XəzərNews.az “Baku.tv”yə istinadən xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.

Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1218 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +