Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


08.08.2018  18:45 

Olimpiya Oyunlarında ilk dəfə bu texnologiyadan istifadə ediləcək





A+  A-

Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın “NEC” şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sistemi 2020 Yay Olimpiya Oyunları, həmçinin Tokioda keçiriləcək Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiq ediləcək.
XəzərNews.az xəbər verir ki, sistem idmançı, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300000-dən çox insanın müəyyənləşdirilməsində istifadə ediləcək.

Olimpiya Oyunları tarixində ilk dəfə belə texnologiya tətbiq ediləcək.

“NEC” şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi “NeoFace” adlı süni intellekt mühərrikinə əsaslanır. Sistem insanı səs, barmaq izləri və gözün qüzehi qişası üzrə tanıya bilir. Ancaq Olimpiya Oyunlarında yalnız foto üzrə eyniləşdirmə texnologiyası istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanıması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart (kartı xüsusi aparatın kamerasına göstərmək lazımdır) vasitəsilə yoxlayacaq.

Xəbər 1358 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +