Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


29.07.2018  11:03 

Cəbhədə pulemyotlardan atəş açıldı





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Abdinli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər 1713 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +