Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək


24.05.2018  14:39 

Lənkəranda müəllimi qorxudan direktoru Təhsil Nazirliyinə çağırdılar





A+  A-

Lənkəran rayonu Gəgiran kənd orta məktəbin müəllimi Həbib Əlizadəni polisə şikayət edən direktor Ziyafəddin Cavadovla bağlı yeni xəbər var.
XəzərNews.az xəbər verir ki, bu haqda H.Əlizadə "Facebook"da məlumat paylaşıb:

“Lənkəran şəhər Polis Şöbəsinə getdim. Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm.
Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə,
bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram. Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik ümid edirəm.
Məlumat üçün bildirim ki, direktor hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir”.

Xatırladaq ki, Gəgiran kənd orta məktəbin direktoru Ziyafəddin Cavadovla müəllimin şagirdləri Bakıya ekskursiyaya aparmaq istəyini əsas gətirərək onu polisə şikayət edib.

Xəbər 1664 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +