Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq


30.11.2017  09:16 

“O dizin-dizin sürünməlidir... ” - Məleykə Əsədova





A+  A-

"Məleykə xanım deyir ki, Ramiz Məlik dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb".
XəzərNews.az xəbər verir ki, bunu "Sputnik"ə xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək. T.Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə, məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Məleykə Əsədova Ramiz Məlikdən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

Xəbər 1642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +