Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


16.10.2022  10:56 

“Fransanın Ermənistanı necə güclü sevməsindən...” - Medvedev





A+  A-

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanmasında Rusiyanın rolu barədə Fransa Prezidenti Emmanuel Makronun söylədiklərini “son dərəcə nəzakətsiz” adlandırıb.

D.Medvedev bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb.

“Günahı başqasının üstünə atmaq Avropa siyasətinin ən sevilən üsuludur. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını başqa cür izah etmək mümkün deyil. Fransalı Rusiyanı ittiham edir ki, “o, Qafqazda və onun hüdudlarından kənarda “vəziyyətin destabilləşməsi” məqsədilə Ermənistan-Azərbaycan sərhədində “şəraiti gərginləşdirir”.

Bəyanat son dərəcə nəzakətsizdir, ədəbsizcəsinədir. Bizim ölkənin Prezidenti adlandırdığı kimi, təhrif edilmiş və qəbulolunmazdır. Lakin əlavə edim ki, gerçəkliyin qüsurlu və yaltaq atlantiksayağı mövqedən qəbul edilməsi tam başadüşüləndir”,-deyə siyasətçi yazıb.

D.Medvedev qeyd edib ki, E.Makron əslində Rusiyanı ittiham etməyib, o, özünə bəraət qazandırıb. “Teleaparıcılar onu “Fransanın Ermənistanı köməksiz buraxmasında” qınayırdılar. O, Fransanın Ermənistanı necə güclü sevməsindən alovlu danışırdı. Burada erməni diasporunun nüfuzlu nümayəndələrinə bel bağlanması tamam aşkardır. Müdrik və alicənab görünməyə çalışır. Gəlin, yada salaq ki, yarım əsrdən çox müddət bundan əvvəl 1960-cı illərin sonundan bəri Fransa özünü keçmiş müstəmləkələrində necə aparırdı. Buna görə Mali, Ruanda, Konqo, Əlcəzairdə nə qədər qan töküldü?”, - deyə D.Medvedev yazıb.

RF Təhlükəsizlik Şurası sədrinin müavini xatırladıb ki, Makron bir vaxtlar afrikalılardan tutsilərin soyqırımı, kəsilən başlar və tamamilə məhv edilən kəndlər, meyitlərlə dolu quyular üçün üzr istəyib.

“Fransızların vicdanına ömürlük yazılmış asılı və yoxsul ölkələrdə “parçala və hökmranlıq et” siyasətinə, yəni özünün iyrənc müstəmləkə keçmişinə və tamamilə açıq-aşkar hazırkı amerikapərəstliyinə görə”, - deyə Medvedev qeyd edib./AZƏRTAC

Xəbər 1208 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +