“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.07.2020  09:54 

Təhsil haqları artıb? - Ekspertdən açıqlama





A+  A-

Sosial şəbəkələrdə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin təhsil haqqı kimi təqdim edilməsi anlaşılmazlıq yaradıb.
XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Baş Nazir Əli Əsədovun yeni qərarı təhsil haqlarının artırılması demək deyil:

“Təhsil haqları o qədər artırılmır. Qeyd olunan məbləğ break-even point (zərərsizlik nöqtəsi) və ya adambaşına düşən təhsil xərcidir. Misal üçün, keçən il eyni cədvəldə Heykəltəraşlıq 6000 manat idi, amma abituriyent 4 jurnalında 2500 manat idi. Və ya 2019-cu ildə eyni cədvəldə dirijorluq 3900 manat idisə, abituriyent 4 jurnalında 2000 manat idi. Və ya Müalicə işi müvafiq cədvəldə 5400 manat idisə, abituriyent jurnalında 4500 manat idi. Baş Nazirin bugünkü qərarı təhsil haqqının artırılması demək deyil”.

Qeyd edək ki, qərara əsasən ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Xəbər 2115 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +