“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.02.2018  13:29 

Maşınların qiyməti yenə də qalxdı





A+  A-

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılıb.
Hazırda avtomobil bazarında qiymətlər necədir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, avtomobil bazarında aparılan monitorinq göstərir ki, sön dövrlərdə xüsusilə də yanvar ayının ortalarından etibarən avtomobillərin qiymətində artım var.

“Qiymətlərdə artımların müşahidə olunması birbaşa ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən rüsumların artırılması ilə bağlıdır. Ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən rüsumlar xüsusən də mühərrik gücü yüksək olan avtomobillər üçün artırıldı. Qiymət artımları yanvarın 1-ci yarısından deyil, 2-ci yarısından müşahidə olunmağa başladı. Artımlar yeni avtomobillərlə yanaşı, ikinci əl avtomobillərə də təsir etdi. Yalnız mühərrik həcmi 1500 kubmetrə qədər olan avtomobillərdə qiymətlər stabildir. Hətta rüsumların qaldırılmasından əvvəl ölkəyə gətirilən avtomobillərin qiyməti də artırılıb”.

Ekspert bildirib ki, avtomobillərin qiymətində artımlar olsa belə, alıcılıq qabiliyyəti çox aşağıdır. “Avtomobil alıcılarının sayında kifayət qədər azalma var. Eyni zamanda bankların da avtomobil kreditlərini praktik olaraq dayandırması və şərtlərini ağırlaşdırması avtomobil almaq istəyənlərin sayına ciddi təsir göstərib. Cüzi qiymət artımları olsa da, hələlik kəskin qiymət artımları müşahidə olunmur. Son iki həftədə avtomobil qiymətlərində 4-8 faiz intervalında artımlar qeydə alınıb. Güman olunur ki, fevralın ortalarına doğru artırılmış qiymətlərin stabilləşməsi müşahidə olunacaq”.

V.Bayramlı deyib ki, Azərbaycanda istehsal olunan avtomobillər hələlik ümumi avtomobil istehlakında böyük paya malik deyil.

“Adi müşahidələr nəticəsində müəyyənləşdirmək mümkündür ki, Azərbaycanda çox böyük əksəriyyət idxal olunan avtomobillərdən istifadə edirlər. Yerli avtomobillərə marağı artırmaq üçün Neftçalada İran şirkəti ilə birlikdə ildə 1000 avtomobilin istehsal olunması nəzərdə tutulub. Bunun 7000-i daxili istehlak üçün nəzərdə tutulub. Təbii ki, bu belə layihələrin atırılmasını stimullaşdıracaq”.

Xəbər 1906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +