Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub


23.06.2020  15:11 

Nazirlik 190 manatın necə veriləcəyi haqda məlumat yaydı





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yayıb.
Nazirlikdən XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək".

Xəbər 1535 dəfə oxunub.



14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +