İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ


27.10.2023  13:20 

Müasir dünyamız dəyişiklik və transformasiya içərisindədir..-Naib Abayev





A+  A-

“Müasir dünyamız çox sürətli bir dəyişiklik və transformasiya içərisindədir. Son illərdəki inkişaf sürəti, iqtisadi və texnoloji baxımdan əldə edilən məqam bizim təsəvvür etdiyimizdən çox-çox irəlidədir. İndi gələcəyə dair proqnozlar verərkən bir neçə deyil, çox istiqamətli proqnozları birlikdə qiymətləndirməli, fəaliyyətlərimizi planlaşdırarkən davamlılığa olan töhfəsini, eləcə də təmin ediləcək iqtisadi faydanı nəzərə almalıyıq.

Belə ki, yarandığı gündən istehlakçılara dad və yenilik mənbəyi olan məhsulları təqdim edən “SAB” (Zəhmət-Ruzi MMC), milyonlarla insan üçün nəsillər boyu əvəzolunmaz brendə çevrilmişdir. Ələlxüsusda, vurğulamalıyam ki, “SAB” tarixində son bir ildə görülən işlər və aparılan iqtisadi islahatlar, o cümlədən əldə edilən böyük naliyyətlər hər kəsə məlumdur. Xüsusilə də, şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Məhz, yeni və düzgün idarəetmə nəticəsində “SAB”, qısa zaman ərzində böyük uğurlara imza atmış, yeni məhsullar, xidmətlər sərgiləmişdir.

Biz davamlı və gəlirli artım məqsədi ilə doğru zamanda düzgün qərarlar qəbul etməyə diqqət yetirir və bu strategiya ilə irəliləyirik. Ölkəmizdə, Qafqazda, habelə dünya iqtisadiyyatındakı canlanma siqnallarının dəstəyi ilə fəaliyyət göstərdiyimiz sektorlarda iddialı və güclü mövqeyimizi hər zaman qoruyub saxladıq və bu yolda uğurla davam edirik. Müştərilərimizin və istehlakçılarımızın gözləntilərini və ehtiyaclarını dəqiq təhlil edərək, yeni məhsul və xidmətlərin hazırlanmasına, o cümlədən yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik, ekoloji-təmiz və müasir istehsal avadanlıqlarının cəlb olunmasına diqqət yetirdik. Texnologiya və rəqəmsallaşmanı biznes proseslərimizə inteqrasiya edərək, güclü dəyişikliyin və istehsal sektorlarımızın qabaqcıllarından biri olmağı bacardıq.

Bildiririk ki, “SAB” öz sektorunda ətraf mühitə uyğun, istehlakçıları və əməkdaşları üçün dəyər yaradan, qabaqcıl texnologiya sistemləri və peşəkar kollektivə sahib ən uğurlu şirkətdir. Şirkətimiz cəmiyyətin, habelə alıcıların sağlam keyfiyyətə asanlıqla çata bilmə missiyasını öz üzərinə götürmüşdür. Xalqımızın, gənclərimizin gələcəyini düşünən “SAB” təbii, halal və geni modifikasiya olunmamış, təhlükəsiz xammaldan istifadə etməklə gələcək nəsillərin sağlamlığını sığortalayır. “SAB” sektorda qabaqcıl, keyfiyyətdə və texnologiyada lider, ətraf mühitə diqqətli, hər daim yenilikçi olmaq məqsədilə yeni hədəflərə addımlayır.

Son olaraq bildirməliyəm ki, müştəriyönümlü strategiyamıza əsasən müştərilərdən gələn rəyləri dəqiq təhlil edərək, dəyişən istehlak vərdişlərinə uyğun olaraq məhsul və xidmətləri inkişaf etdirməyə davam edirik. Şübhəsiz ki, biz hələ bu uğurlu yolun başlanğıcındayıq və gələcək planlarımızda “SAB” bir dünya brendinə çevriləcəkdir.”

Naib Abayev
Zəhmət-Ruzi MMC-nin Baş icraçı direktorunun müavini


Xəbər 923 dəfə oxunub.




18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq


BÜTÜN XƏBƏRLƏR +