İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ


17.04.2021  13:19 

“Peyvəndlər ölkələr arasında bərabər paylanmır” - ÜST





A+  A-

"Bəşəriyyət koronavirus peyvəndlərinin ölkələr arasında bərabər bölgüsünü təmin edə bilmir".
XəzərNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus BMT İqtisadi və Sosial Şurasının iclasında açıqlama verib. Onun sözlərinə görə, dünyada 832 milyon peyvənd tədarükünün 82% -dən çoxu yüksək və orta gəlirli ölkələrin payına düşür. Az gəlirli ölkələrdə isə bu göstərici təxminən 0,2% -dir.

“Peyvəndlərdə bərabərlik dövrümüzün problemidir. Və uğursuzluqla üzləşirik”, - deyə Qebreyesus qeyd edib. ÜST rəhbəri COVAX mexanizmi ilə peyvənd almağı planlaşdıran bəzi ölkələrin "heç bir şey əldə etmədiklərini" və daha bir neçə ölkənin onlara ayrılan peyvənd kvotasının bir hissəsini vaxtında ala bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, COVAX vasitəsilə tədarük həcminin 100 milyondan çox dozaya çatması lazım idi, lakin bu günə qədər yalnız 40 milyon doza peyvənd tədarük olunub.

ÜST rəhbəri artıq sayda peyvənd ayırmış ölkələri preparatları "COVAX" çərçivəsində ianə etməyə çağırıb.

Xəbər 2553 dəfə oxunub.




18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq


BÜTÜN XƏBƏRLƏR +