“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?


22.08.2019  12:21 

Yardımlı dağlarında YANĞIN başladı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlıda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Nazir müavini Firdovsi Əliyev bildirib ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir: “Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

Nazir müavini qeyd edib ki, kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, Hirkan milli parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışılır: “Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik, hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. ETSN olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırırıq”.

Xəbər 1274 dəfə oxunub.



18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +