Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


11.05.2017  22:09 

Toya dəvət etmədilər, oğurluq etdi





A+  A-

Bakıda qəzəlxan oğurluq edib.
XəzərNews.az XezerXeber.az-a istinadən xəbər verir ki, o, sahibi evdə olmayan vaxt mənzilə girib ordan pul oğurlayıb. Polis araşdırma zamanı müəyyən edib ki, bu qəzəlxanın ilk cinayəti deyil. Onun bir neçə oğurluq faktının üstü də açılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi məclislərə qəzəlxan kimi gedən 34yaşlı Elməddin Nagimovu saxlayıb.

İdarəyə gətirilərkən qəzəlxan əməlini etiraf edib. O, cinayətə səbəb kimi son vaxtlar toylara dəvət almaması ilə əlaqələndirib.

Qəzəlxan kimi tanınan Elməddin Nagimovun ətrafında araşdırma aparan polis müəyyən edib ki, bu onun ilk cinayət əməli deyil. Elməddin Nagimov bundan başqa rayon ərazisindəki 3 evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqla 4 cinayət törədib.

Polisdən onu da bildiriblər ki, Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı onun barəsində Suraxanı rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 1529 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +