“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


15.12.2017  09:06 

Bu gün Milli Məclis toplanır





A+  A-

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
XəzərNews.az Trend-ə istinadən məlumat verir ki, iclasda ilk öncə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.
Daha sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda həmçinin "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 39 məsələ daxildir.

Xəbər 2896 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +