Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.08.2021  09:16 

“Psixi zəif olanlar bu zəhərdən istifadə edirlər”





A+  A-

Səhiyə nazirinin müavini Teymur Musayev “patı”dan söz açıb.
XəzərNews.az xəbər verir ki, “REAL TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişində qonaq olan nazir müavini son vaxtlar “patı” bəlasının çoxaldığını deyib:

“Son zamanlar insanlar xroniki stress durumunda yaşayırlar. Psixi zəif və daxilən buna qarşı çıxa bilməyənlər bu zəhərdən istifadə edirlər. Bütün narkoloji xəstəxana və müəssisələrimiz tam gücü ilə işləyir”.

Musayevin sözlərinə görə, bazara yeni narkotik vasitələr daxil olur və çox qısa zamanda aludəçilik yaranır:

“Hər hansı ailədə belə şəxs varsa, ona dərhal dəstək olmaq lazımdır. Lazımi müalicəyə cəlb etməyə təşəbbüs göstərmək mütləqdir. Yüzlərlə insan bu bəladan qurtularaq reabilitasiya dövrünü yaşayır".

Xəbər 2614 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +