Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.12.2019  17:23 

DİM bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları keçirir





A+  A-

Dövlət İmtahan Mərkəzi şagirdlərə, abituriyentlərə, magistrlara, rezidenturaya və dövlət qulluğuna hazırlaşanlara kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirir.
XəzərNews.az xəbər verir ki, hazırda portalda qəbul imtahanının I mərhələsi və Buraxılış imtahanı, qəbul imtahanının II mərhələsi (blok, qruplar üzrə), fənlər və siniflər üzrə (məktəb dərsliklərinin mövzuları), magistratura üzrə, rezidentura üzrə və dövlət qulluğu istiqamətləri üzrə sınaq imtahanları vardır.

İstifadəçilər portalda qeydiyyatdan keçib, onlayn imtahanlara yazılıb ev şəraitində öz biliklərini yoxlaya bilərlər. Bu sınaq imtahanlarının köməkliyi ilə istifadəçilər özlərini real imtahanlarda biliklərinə arxayın və sərbəst hiss edəcəklər.

Portaldakı sınaq imtahanlarında istifadə olunan test tapşırıqları Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən tərtib edilmişdir. Bu test tapşırıqları tam yenidir və heç bir sınaq imtahanlarında istifadə olunmayıb.

Onlayn sınaq imtahanlarında iştirak istifadəçilərə imtahandan sonra anında bal arayışını əldə etmək, yenidən test suallarına baxmaq, onları təhlil etmək, buraxılış və qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

https://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.








Xəbər 1725 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +