Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.12.2019  13:35 

Özlərini jurnalist kimi təqdim edənlər saxlanıldı





A+  A-

Qazax rayonunda bir neçə nəfər özünü jurnalist kimi təqdim edərək rayon sakinlərindən övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək müxəlif məbləğlərdə pul alıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun XəzərNews.az-a verdiyi məlumata görə, dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adıçəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq onlar, özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.

Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda ümumilikdə 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.

Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1422 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +