Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.12.2017  15:28 

Nizami və Mirhüseyn futboldan ömürlük uzaqlaşdırıldılar





A+  A-

AFFA danışılmış oyunlarda şübhəli bilinərək saxlanılan, daha sonra isə sərbəst buraxılan "Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov barəsində sərt qərar qəbul edib.
XəzərNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubla müqavilələri ləğv olunan oyunçularla bağlı AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilib.

İntizam Komitəsinin qərarında deyilir:

"İclasda Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər".

Xəbər 1410 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +