Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.08.2017  19:26 

Bakıda havanı korlayan 160 sürücü cərimələndi





A+  A-

Bu gün səhər saatlarından nahar fasiləsinə qədər “Təmiz hava” aylığı çərçivəsində Bakının “Ekologiya postu”nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.

V.Əsədovun sözlərinə görə, ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər “Ekologiya postu”nda 160 avtomobilə protokol tərtib edilib.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir.

Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.

Xəbər 1476 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +