Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.04.2017  15:23 

“İtlərin toyunda iştirak edərdim” - Elza Seyidcahan





A+  A-

Tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlunun Amon və İsida adlı cins itlərinə toy etməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Toydan yayılan görüntülərdərdə əməkdar artist Elza Seyidcahanın da adı hallanır. Belə ki, qonaqlardan biri məclisə Seyidcahanı çağırmadıqlarına görə heyfisləndiyini söyləyib.

Əməkdar artist mövzu ilə bağlı açıqlama verib. Müğənni-bəstəkar deyib ki, biznesmenin bu cür addım atması onun şəxsi işidir:

“Bəzi insanlara dəyər verməkdənsə, etibarlı, hissiyyatlı heyvanlara (itlərə) dəyər vermək heç də pis deyil. Tənbəl, şəxsiyyətsiz insanlar var ki, işləmir, zəhmət çəkmir və dilənirlər. Onların küləkdə, qışda, soyuqda, qızmar istidə qucaqdakı uşaqlara yazığı gəlmir. Ancaq heyvanlar isə insanlara xidmət edir. Kəlamda var ki, heyvanları cüt saxlayın.

Heyvanlara yanaşma tərzi hər kəsin şəxsi işidir. Görəsən bu toy sahibi insanlardan bezdimi? Yoxsa “insalardan daha çox onlara önəm verirəm” demək istədi? Bəlkə də, bu mesajı vermək istəyir ki, heyvanlardan öyrənin, ey eynicinslilərlə evlənən cəzalılar”.

Əməkdar artist bildirib ki, həmin toyda iştirak edə bilərdi:

“Mən o toyda iştirak edərdim. Ancaq qarşılığında “Heyvanlarla insanlar” adlı gözəl bir layihəmə sponsorluq etsin”.


(qafqazinfo.az)

Xəbər 1996 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +