Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


15.02.2017  16:38 

Şadlıq evləri boş qalıb - Toy biznesi çöküb





A+  A-


Azərbaycanda toy məclislərinin sayı kəskin azalıb. Rəsmi məlumata əsasən, 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə 60,8 min nikah qeydə alınıbsa, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 63,1 min olub.

Bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edən restoranlar indi 1-2 toy tutanda sevinirlər. 

“Mega Palace” şadlıq sarayının adminstratoru Yunus Kərimov deyib ki, təlabat əvvəlki illərlə müqayisədə çox azdır: “Əvvəlki dövrlərlə müayisədə toy edənlərin sayında yerlə göy qədər fərq var. Tələbat çox azalıb. Məsələn, 2015-ci ilin fevral ayında 15-20 toy olurdusa, hazırda 5 toy olanda sevinirik”. 

“Elvin” şadlıq sarayının adminstratoru da həmkarı kimi gəlirlərinin azaldığını deyib: “İnsanlar ancaq gündəlik yaşamağın yolları haqda düşünürlər. Əvvəlki illərdə bir ay ərzində 15 toy olurdusa, hal-hazırda maksimum 2-3 toy olur”. 

“Sərin” şadlıq sarayından suallarımıza cavablandıran şəxs hazırda vəziyyətin yaxşı olmadığını, toy biznesinin çökdüyünü deyib: “Bilmirik nə zamana qədər belə davam edəcək. Buna əsas səbəb, manatın kəskin şəkildə dəyərdən düşməsi oldu”. 

“Gilavar” restoranının əməkdaşı Sahib Məmmədov isə hər şeyin qaydasında olduğunu söyləyib. Onun sözlərinə görə, mövsümlə bağlı toylara təlabat azalıb. 

“Su Sonası” şadlıq sarayının adminstratoru da toyların azlığından gileylənib.

“Şuşa” şadlıq sarayından sorğumuza cavab olaraq qeyd edib ki, devalivasiya və manatın üzən məzənnəyə keçməsi nəticəsində ərzaqların bahalaşması toyların sayının azalmasına səbəb olub. 

“Əvvəlki qiymətlərin qorunub saxlanması biznes subyektləri üçün zərərə gətirib çıxarır. Ona görə də qiymətləri bahalaşdırmaq olmur. Menyuda qiymətləri sabit saxlamağa çalışırıq”.

Sorğu apardığımız digər şadlıq evlərində də vəziyyət oxşardır: qiymətlər qalxıb, toylar kəskin azalıb.

(azvision.az)



Xəbər 4275 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +