“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.01.2021  14:31 

“Minsk Qrupu Qarabağla bağlı yenə də rol oynaya bilər” - Çavuşoğlu





A+  A-

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə Türkiyənin xarici siyasəti barədə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, nazir Qarabağ, Kipr, Şərqi Aralıq dənizi məsələlərinə də toxunub.

Çavuşoğlu Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycanın özünü tez və qətiyyətlə müdafiə etdiyini, işğal olunmuş ərazilərini nəzarətə götürdüyünü və münaqişənin 44 gündən sonra 9 noyabr 2020-ci il tarixli ortaq bəyannamə ilə sona çatdığını xatırladıb.

Nazir bu bəyannamənin hər şeydən əvvəl ”Dağlıq Qarabağın Azərbaycana aid olduğunu” təkrarladığını, 7 bölgəni də öz sahibinə qaytardığını, atəşkəs qurduğunu və bir milyon azərbaycanlı köçkünün evlərinə qayıtmasını nəzərdə tutduğunu bildirib:

“Birgə bəyannamə, həmçinin Minsk Qrupunun illər ərzində ortaya qoyduğu fikir və prinsipləri geniş şəkildə əks etdirir. Zəruri hallarda Minsk Qrupu yenə də rol oynaya bilər. Həmsədrlər obyektiv, konstruktiv olmalı və keçmişdəki prosesin zəif performansından dərs almalıdırlar”.

Çavuşoğlu bölgədə davamlı sülh üçün əsl bir fürsət pəncərəsinin açıldığını vurğulayıb: “Azərbaycanın dəvətinə cavab olaraq uyğunluq və yenidənqurma işləri üzərində çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət etmək üçün Rusiya ilə ortaq mərkəz yaratdıq. Bu atəşkəs çox vacibdir və qorunmalıdır. Bundan sonra erməni tərəfi bu atəşkəsə və ortaq bəyannamədə razılaşdırılmış şərtlərə əməl edəcəkdir”.

Türkiyə XİN rəhbəri bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını sözlərinə əlavə edib: “Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, sülh və rifah üçün regional mülkiyyəti artıracaq”.

Xəbər 2255 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +