“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


21.06.2019  10:32 

Bakıda olan gürcü spiker təcili Tbilisiyə qayıdır





A+  A-

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Tbilisidə geniş vüsət alan aksiyalara görə təcili olaraq bu gün ölkəsinə qayıdır.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, o, səfəri iyunun 22-də bitirməli olduğu halda, Bakıdan tez getmək qərarına gəlib.

Hazırda spiker Heydər Əliyev adına Beynəlxalq Hava Limanından ölkəsinə yola salınır.

“Sputnik Gürcüstan” xəbər verir ki, Kobaxidzenin Tbilisiyə qayıdar-qayıtmaz istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Baş vermiş hadisələr fonunda Daxili İşlər naziri Georgi Qaxariya istefaya getməyə hazır olduğunu bəyan edib.

Xəbər 2023 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +