“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.02.2018  20:37 

Taxtadan 70 mərtəbəli göydələn tikiləcək - 5,5 milyard dollara





A+  A-

Yaponiyanın “Şumitomo Forestry” şirkəti Tokioda taxtadan 350 metr hündürlükdə göydələn inşa etməyi planlaşdırdığını elan edib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin planına əsasən 70 mərtəbəli göydələn 2041-ci ildə paytaxtın Marunoçi işgüzar rayonunda inşa ediləcək.

Binanın konstruksiyasının zəlzələyə qarşı müqavimətini artırmaq üçün poladdan da istifadə olunması nəzərdə tutulur. Buna qədər Yaponiyada taxtadan inşa edilən ən hündür tikili yeddi mərtəbəli olub.

455 min kvadratmetr sahəni əhatə edəcək yeni göydələn çoxfunksiyalı olacaq. Burada mağazalar, ofislər, mehmanxana və mənzillər yerləşəcək. Tikilinin ümumi dəyərinin 5,5 milyard dollar təşkil edəcəyi bildirilir. Göydələnin inşası üçün ümumilikdə 185 min kubmetr taxta sərf olunacağı gözlənilir. Adətən “Şumitomo Forestry” şirkəti bu qədər taxta materialı 8 min adi binaya sərf edir.

Hazırda şirkət tikintidə istifadə etmək üçün üç saat ərzində oda davam gətirə biləcək ağac növünü araşdırır. Bununla yanaşı göydələndə oda qarşı davamlı bitkilərin yerləşdirilməsi də nəzərdə tutulur.

Xəbər 1454 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +