“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.02.2018  18:27 

Elnarə: “Mən Tolikin tayı deyiləm“





A+  A-

Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev arasında qalmaqal daha da alovlanıb.
XəzərNews.az-ın azxeber.com-a istinadən məlumatına görə, sənətçi produseri sərt tənqid edib:

"Allaha çox şükür ki, mən Tolikin gündəmində yoxam. Tolikin gündəmi ona yaraşan və tay olan adamlardır. Mən Tolikin tayı deyiləm. Heç olmaq da istəmərəm. Mən onun tayı olsam onunla bir məclisdə olaram. Biz onunla ildə bir dəfə qarşılaşırıq. Elə gündəm mənə lazım deyil. Mənim əhatəm başqadır, orda təhsilli, dünyagörüşlü, savadlı insanlar var”.

Müğənni son günlər başına tac qoymasından da danışıb:

"Mən iki il yarımdır, başıma tac qoyuram. Düzdür tez-tez qoymuram amma baxır harada qoymaq lazımdır. Ümumiyyətlə, mən tac aksesuarını bəyənirəm. Hərdən də deyirlər ki, Elnarə özünü Elza Seyidcahana oxşadır. Deyirəm lap yaxşı, burda pis bir şey yoxdur”.

E.Xəlilova keçmişdə çəkdirdiyi kliplər üçün peşman olduğunu da bildirib:

"Subay vaxtı oğlanlarla birlikdə klipim olub. Üstündən 10 il keçib, deyirəm kaş ki, onları etməyəydim. Bəzi cavan xanım müğənnilərə bilmirəm necə deyim ki, xətirlərinə dəyməsinlər. Mən həmişə səhv anlaşılıram. Elə bilirlər ki, onlara paxıllıq edirəm. Sadəcə belə mövzularda ağzım çox yanıb. İstəmirəm onlar mənim taleyimi yaşasınlar. Şükür indi hər şey yaxşıdır. Mənim yaşıdlarım arasında hamı elədir təbii ki, yox. Axırı yaxşı qurtarmır. Mənimlə həmyaşıdlar da istərdilər ki, gözəl ailələri olsun, 4 övladları olsun. Yoxa lənət. Allah verməyəndə də vermir. Birdə ayılırsan ki, 40 yaşım var, nə ailə var nə də uşaq”.

Qeyd edək ki, müğənni tacla fotosunu sosial şəbəkədə paylaşan zaman prodüser Tolik ona "Bu da gündəmə gəlmək üçün bilmir nə etsin” yazmışdı.

Xəbər 1696 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +