16.02.2017 14:29
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 12 yaşadək uşaqların avtomobillərdə daşınması zamanı xüsusi oturacaqlardan istifadə etməyən sürücülərin cərimələnəcəyini açıqlayıb və qeyd olunub ki, qayda maşının ön və arxa oturacaqlarınada şamil olunur.
XəzərNews.az-ın məlumatına görə, “Digesta” Hüquq Firmasının rəhbəri, ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bu yeniliyi şərh edib və qanunsuz olduğunu bildirib: “Yol hərəkəti haqda qanunun 56-cı maddəsinin 9-cu bəndinə görə yalnız ön oturacaqda 12 yaşadək uşaqlar daşınarkən xüsusi oturacaqdan istifadə edilməlidir. Arxa oturacaqlarda uşaqların daşınması üçün “avto kreslo” tələb olunmur. Buna görə də heç kimi cərimələmək olmaz. Həmçinin, arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq da məcburi deyil.
Qanunverciliyimizdə olan bir boşluq da budur ki, arxa oturacaqlarda daşına biləcək uşaqların sayı müəyyən olunmayıb. Yəni, istəsəniz arxa oturacağa 10-15 uşaq mindirə bilərsiniz. Sürücünün yanındakı sağ ön hissədə xüsusi oturacaq olmadan 12 yaşadək uşaqların daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndində 60 manat cərimə və 3 bal cəza nəzərdə tutulub”.
|
29.03.2025 22:09
29.03.2025 20:16
29.03.2025 19:07
29.03.2025 19:03
29.03.2025 17:25
29.03.2025 17:22
29.03.2025 11:52
29.03.2025 11:48
29.03.2025 11:40
29.03.2025 11:15
29.03.2025 11:06
29.03.2025 10:59
29.03.2025 10:49
29.03.2025 10:29
29.03.2025 10:26
Kiyev ABŞ-dan resurslara dair sazişin sonuncu layihəsini alıb
29.03.2025 10:21
29.03.2025 10:16
29.03.2025 09:48
28.03.2025 22:50
28.03.2025 14:30
Nikol Paşinyan Azərbaycanı Qarabağ hərəkatının bərpası ilə hədələdi
28.03.2025 13:07
28.03.2025 12:57
28.03.2025 12:52
28.03.2025 12:05
28.03.2025 11:55
28.03.2025 11:32
28.03.2025 10:50
28.03.2025 09:45
27.03.2025 21:09
27.03.2025 21:01
27.03.2025 20:56
27.03.2025 20:48
27.03.2025 16:47
27.03.2025 16:32