İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


11.02.2023  10:24 

Bəxtiyar Hacıyevin anasının müraciəti yayıldı





A+  A-

“Bəxtiyarla bağlı mətbuatda məlumat yayılıb ki, onu Penitensiar xidmətin tibb məntəqəsinə köçürmək istəyirlər. Bəxtiyar ona razı deyil”.

Bu sözləri Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva yayığı videomüraciətində deyib.

“Dünən o vəkilləri vasitəsilə məlumat yaymışdı ki, heç bir xəstəxanaya köçürülmək istəmir, haqqını tələb edir. Aksiyanı davam etdirir. Ona süni yemək vermək istəyirlər, hər dəqiqə incidirlər. O cinayətkar deyil. Köçürmək lazımdırsa dövlət xəstəxanalarından birinə köçürsünlər. Ona etdikləri cəzalar bəsdir. Mən oğlumun salamat çıxmasını istəyirəm. O nə edib, nə cinayət törədib? Dövlət malını yeməyib, heç kəslə dalaşmayıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb./Yeniavaz.com





Xəbər 910 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +