“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.08.2019  12:01 

Səhiyyə Nazirliyi ana südü ilə bağlı xəbərdarlıq etdi!





A+  A-

“Doğum evlərində olarkən körpənizin yalnız ana südü ilə qidalandırılacağını qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizin həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumat Səhiyyə Naziliyinin süni qidalarla bağlı yaydığı xəbərdarlıqda yer alıb. Bildirilib ki, hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir:

“Körpələrin sağlamlığı ana südündən başlayır: Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcək. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını ödəyir.

Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir. Onlar bilməlidir ki, süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.

Yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Süni qida qəbulu adi hala çevrilməməlidir”.

Xəbər 1438 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +