Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.04.2018  16:36 

“Prezident seçkiləri ilə bağlı təxribat hazırlanır”





A+  A-

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib".
XəzərNews.az xəbər verir ki, bunu iddia ilə APA-ya açıqlamasında “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizədliyi irəli sürülmüş Razi Nurullayev çıxış edib.

R. Nurullayev deyib ki, bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır.

Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: "Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə iş aparacağıq”.

Xəbər 1601 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +