“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


13.10.2017  11:37 

Bu parklarda da pulsuz Wi-Fi olacaq





A+  A-

“Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının İzmir və Nərimanov parklarında istifadəyə veriləcək.
XəzərNews.az “Baktelecom”a istinadən xəbər verir ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə İzmir və Nərimanov parklarında da faydalana biləcəklər.

Qeyd edək ki, indiyədək İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da aktiv edilib.

Xəbər 1744 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +