Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


14.12.2018  09:38 

Baş nazir sosial müdafiə ilə bağlı qərarlarda yenilik etdi





A+  A-

Baş nazir Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilib:

“1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilib.

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləri ilə əvəz edilib.

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonra “elektron” sözü əlavə edilib.

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda da analoji dəyişikliklər həyata keçirilib.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilib və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilib.

Xəbər 1462 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +