Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


18.01.2025  20:18 

Oteldə qadını döydü:HƏBS EDİLDİ





A+  A-

Bakıdakı məşhur oteldə qadını döyməkdə təqsirləndirilən şəxs həbs edilib.

XəzərNews,az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1991-ci ildə Saatlı rayonunda anadan olmuş Y.İsmayılov (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Y.İsmayılov Nizami rayonunda yerləşən "Xudafərin” otelində dincələrkən içkili olduğundan Səkinə (şərti) adlı qadınla aralarında mübahisə yaranıb. Zərərkəmiş qadın Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi ilə bağlı şikayət edib.

Təqsirləndirilən şəxs isə məhkəmədə 17 yanvar 2025-ci il tarixdə gecə saatlarında "Xudafərin” otelində olduğu vaxt bir xanımla aralarında anlaşılmazlıq olduğunu təsdiqləyib və onu döymədiyini deyib. O, içkili olduğu üçün nə etdiyini bilmədiyini də etiraf edib.

Məhkəmənin qərarı ilə Y.İsmayılov 8 gün müddətinə həbs edilib.

Xəbər 2270 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +