Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.03.2019  16:08 

Zərdabda bir evdən 9, digərindən 2 minlik qızıl oğurlandı





A+  A-

Zərdabda iki oğuluq hadisəsi baş verib.
XəzərNews.az-ın məlumatına görə, hadisənin biri rayon mərkəzində digəri isə rayonun Məlikli kəndində baş verib.

Zərdab rayon sakini Rəsulova Mehriban DİN-in 102 xidmətinə zəng edərək və ərizə ilə Zərdab RPŞ-nə müraciət edərək həmin günü saat 21 radələrində yaşadığı ünvana gələrkən evindən 9850 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu Zərdab rayon sakini zərərçəkənin qonşusu İsmayılzadə Azad Ağaisa oğlu törədib.

Həmin tarixdə Mehriban Rəsulovanın əmlakının oğurlanması faktına görə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrilə cinayət işi başlanıb.

RPŞ-nin əməkdaşları tərəfindən qızıl zinət əşyaları maddi sübut kimi götürülmüş və təqsirləndirilən Azad İsmayılzadənin digər analoji cinayət törədib-törətməməsi araşdırılır.
Bundan başqa martın 20-də Zərdab rayon Məlikli kənd sakini Cavanşir Teymurlu DİN-nin 102 zəng xidmətinə məlumat verərək qardaşının evindən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini zərərçəkənin qardaşı Cahangir Teymurlu saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər 1232 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +