Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


31.01.2025  12:14 

“Azərbaycanda süni intellekt strategiyası hazırlanır”





A+  A-

“Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir”.

XəzərNews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Almatıda keçirilən “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsətdir.

Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu ifadə edib.

Baş nazir qeyd edib ki, Azərbaycanda süni intellekt strategiyası hazırlanır.

“Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir. Müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir. O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir”, - Əli Əsəsdov bildirib.

Xəbər 2716 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +