Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


06.03.2017  16:17 

Azərbaycan daha iki növ pilotsuz uçuş aparatı istehsal edəcək





A+  A-

“Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

“Artıq müəssisələrdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1100-ə çatıb. 2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ Orbiter tipli Pilotsuz Uçuş Aparatlarını və s. göstərmək olar”, - deyə hesabatda qeyd olunur.

Xəbər 4503 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +