Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


21.07.2025  10:46 

Bakıda mənzillər niyə sürətlə bahalaşır?





A+  A-

Tikinti üçün plana düşən ərazilərdə vətəndaşların bir qismi kompensasiya məbləği, bir qismi isə yeni tikiləcək binadan mənzil istəyir.

XəzərNews.az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, əmlak üzrə ekspert Firdovsi Xəlilov deyir ki, paytaxt ərazisində hazırda mərhələli şəkildə söküntü işləri həyata keçirilir. Bu zaman özəl tikinti şirkətləri qarşısında hər hansı tarif olmadığından vətəndaşı bu və ya digər formada razı salmağa çalışırlar.

Ekspert deyir ki, bu üsul mənzil bazarında ciddi şəkildə qiymət artımı ilə nəticələnir. Çünkü həm tələb olunan astronomik məbləğlərin, həm də köçürülmə üçün razılaşan vətəndaşların kirayə pulunun qarşılanması, xərcləri xeyli artırır.

Ekspert bildirib ki, bu cür halların qarşısını almaq üçün özəl tikinti şirklətləri üçün də vahid tarif formalaşdırılmalıdır. Bu üsulla inşa edilən binanın xərcləri azaldığı halda mənzil bazarında da ucuzlaşma müşahidə etmək olar.

Xəbər 1018 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +