Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


21.06.2018  17:32 

Elmar Məmmədyarov Minskdə belaruslu həmkarı ilə görüşdü





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov 21-21 iyun tarixlərində Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin iclasında iştirakı çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.
XəzərNews.az-ın Nazir Elmar Məmmədyarov səfər əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi.

Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan və Belarus arasında arasında qarşılıqlı anlaşma və etimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnuniyyətlə vurğuladılar.

Görüşdə nazirlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu təqdir etdilər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.

İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdılar.

Görüş əsnasında nazirlər həmçinin, beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.

Xəbər 1538 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +