“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


04.08.2022  10:58 

Mətbuat Şurasından Araz Zeynalovla bağlı - Nekroloq





A+  A-

Azərbaycan Mətbuat Şurası dünən axşam vəfat edən tanınmış jurnalist Araz Zeynalovla bağlı Nekroloq yayıb.

XəzərNews.az xəbər verir ki, Nekroloqda deyilir:

- Azərbaycanın müasir dövr jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Araz Hidayət oğlu Zeynalov. 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

A.Zeynalov mənalı ömür yaşayıb. Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı, sözün məqamını daim uca tutması olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb.

A.Zeynalov çalışdığı “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında özünəməxsus peşəkarlıq dəst-xətti ilə seçilməklə yanaşı, bu media orqanlarında fəaliyyətə başlamış gənc həmkarları üçün örnəyə, etalona çevrilmişdi. Onlara praktik müstəvidə peşənin sirlərini öyrətmiş, jurnalistikanın məziyyətlərinə qatlaşmağı, incəliklərini nəzərə almağı zövq işi kimi aşılamışdı.

Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan, düşüncələrdə canlı məktəb kimi qalan A.Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası

Xəbər 1792 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +