“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


20.06.2022  12:27 

Tokayevin cəsarəti və Putinin qisas planı





A+  A-

Rusiya prezidenti Vladimir Putin həftə sonunu əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adına həsr edib və demək olar ki, son iki günü beləcə keçirib.

Putinin Qazaxıstan prezidentinə müraciət etdiyi bütün epitetləri, ədəbsiz tərifləri qeyd etmək etikadan kənar olardı (rus dilinin “incəliklərini” bilənlər yəqin ki, söhbətin nədən getdiyini anlayıblar), qoy bu ifadələr Putinin vicdanına yazılsın. Cümə axşamından etibarən və sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və qonaqdan “belə təhqirlərə” necə layiq olduğunu anlamağa çalışıb. Putin əsas məzəmməti məhz Qazaxıstan prezidentinin “şərq mənşəli” olmasına ünvanlayıb, burada Putinin özünün fikrincə, qonaq adət-ənənələrə hörmət etməli və ev sahibini aşağılayan ifadələrdən çəkinməlidir.

Hər şey yaxşı ola bilər və bəlkə də, bu sözlər prezident iqamətgahının boş söhbəti olaraq havada asılı qala bilərdi, lakin Rusiya prezidenti Vladimir Putin çox möhkəm inciməsi və onun ətrafındakıların arasında qisas mövzusunu körükləyən kifayət qədər rəzillərin olması səbəbindən bazar günü axşam o, Tokayev üçün “hədiyyələr” hazırlamaq əmrini verib. Siyasi prosesləri izləyənlər bilirlər ki, Rusiya tərəfi Qazaxıstan neftinin Novorossiysk limanı vasitəsilə daşınmasını məhdudlaşdırıb. Bu, Qazaxıstan neftinin Avropaya nəqli üçün əsas marşrutdur. Amma, ola bilsin ki, bu, hələ başlanğıcdır. Hələlik ciddi və konkret heç nə olmasa da, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə göstəriş verilib və yaxın gələcəkdə Qazaxıstanın şimal ərazilərinə nələrinsə baş verməsi mümkündür. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları, eləcə də qazax sərmayələri olan müəssisələr sayıq olmalıdırlar, hələlik dəqiq göstərişlər yoxdur, lakin prezidentin ətrafındakı səlahiyyətli şəxslərdən təkliflər gəlməkdədir.

Maraqlı olan Qazaxıstan prezidentinin bu fikirləri məhz indiki zamanda dilinə gətirməsidir. Heç şübhəsiz ki, o da bu sözlərin onun özünə və ölkəsinə nələrə başa gələcəyini hesablamamış deyildi. Amma görünür, kifayət qədər siyasi və diplomatik təcrübəyə malik Kacım-Jomard Tokayev dəyişən dəngələrin fərqindədir və bu səbəbdən də batmaqda olan gəmini vaxtında tərk etmək barədə də ətraflı düşünüb. Elə Rusiyda da elita nümayəndələri son hadisələri birmənalı qiymətləndirmirlər. Prezidentin ətrafdakılar üzdə ona tam dəstək verdiklərini bildirsələr də, arxada xarici arenada əsas müttəfiqlərin itirməlməsindən danışmağa başlayıblar.

Dadaş Əhmədli

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +