“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


25.05.2021  08:46 

“Keşlə“ Azərbaycan Kubokunun ikiqat qalibi oldu





A+  A-

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
XəzərNews.az bildirir ki, həlledici qarşılaşmada “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” tarixində 2-ci dəfə bu titula sahib çıxıb. "Bank Respublika Arena"dakı qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib.

Qarşılıqlı hücumlarla başlayan görüşdə hesab erkən açılıb. 3-cü dəqiqədə standart vəziyyətdən ötürmə zamanı paytaxt təmsilçisinin müdafiəçisi Miyusko Boyoviç topu öz qapısına göndərib. Qoldan sonra bir qədər müdafiəyə çəkilən “gənclik şəhəri” təmsilçisi əks-hücumlara bel bağlayıb. 29-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev rəqib qapıçı ilə üzbəüz qalsa da, fürsətdən istifadə edə bilməyib. Müdafiəçilər topun qapıdan keçməsinə mane olublar.

Buna baxmayaraq, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv 8 dəqiqə sonra istəyinə çatıb. Şəhriyar Əliyev başla qapını dəqiq nişan alaraq, hesabı bərabərləşdirib. İlk hissənin sonlarında “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov yaxın məsafədən topu qapının üstündən vurub.

Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan nominal meydan sahibləri 57-ci dəqiqədə hesabı öz xeyirlərinə dəyişiblər. Avtoqol müəllifi olan Boyoviç bu dəfə künc zərbəsindən sonra rəqibi məyus edib. Hesabda geri düşən “Sumqayıt” ikinci hissənin ortalarında Sadıxovla yaxşı şans yaxalasa da, Azərbaycan millisinin yarımmüdafiəçisi topa istədiyi kimi toxuna bilməyib.

66-cı dəqiqədə Əli Qurbani “Keşlə”nin cərimə meydançasında yerə yıxılsa da, matçın baş hakimi Əliyar Ağayev görüşü davam etdirib. Matçın sonlarına doğru paytaxt təmsilçisi 3-cü qolu vurmağa yaxın olsa da, Sadio Tounkaranın zərbəsində azacıq dəqiqlik çatmayıb. 87-ci dəqiqədə "Sumqayıt"ın heyətində Mehdi Şərifinin başla vurduğu top qapı tirindən meydanı tərk edib. Az sonra iranlı hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Lakin onun fərqlənməsinə rəqib qapıçı Stanislav Namaşko imkan verməyib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bakılıların yarımmüdafiəçisi Rəhman Hacıyevin qüvvətli zərbəsi dirəyə tuş gəlib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan “Keşlə” kubokun qalibi olub. Bu, eyni zamanda Sənan Qurbanovun ölkə kubokunda 2-ci uğuru kimi tarixə düşüb. Daha əvvəl o, "Qəbələ"nin baş məşqçisi kimi 2019-cu ildə bu titulu əldə edib. Hər iki halda Qurbanov finalda Ayxan Abbasovun rəhbərlik etdiyi "Sumqayıt"ı üstələyib.

Qeyd edək ki, “Keşlə” bu qələbə sayəsində Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

Xəbər 2171 dəfə oxunub.



23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +