“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


08.04.2021  10:32 

“ABŞ Rusiya sərhədində bioloji laboratoriyalar yaradır” - Patruşev





A+  A-

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ı bioloji silahlar düzəltməkdə ittiham edib.
XəzərNews.az xəbər verir ki, o bu barədə Kommersant qəzetinə müsahibəsində münasibət bildirib.

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası virusun süni mənşəyinə dair heç bir iz tapmayıb. Buna baxmayaraq, pandemiyanın Çin tərəfindən düşünülərək təşkil olunduğuna dair versiya geniş yayılıb.

- Diqqətinizə çatdırmaq istərdim ki, dünyada hər gün ABŞ-ın nəzarətində olan yeni biolaboratoriyalar yaranır. Təsadüfə baxın ki əsasən də Rusiya və Çin sərhədlərində. Bizi inandırırlar ki, bu laboratoriyalarda amerikanlar yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizə üçün yeni yollar inkişaf etdirməyə kömək edirlər. Düzdür, bu obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri divarlarının içində baş verənlər barədə heç bir real fikir sahibi deyillər. Əlbəttə, bizim və çinli tərəfdaşlarımızın sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə onlar amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdıqları Merilenddə yerləşən Fort Detriki xatırladır. Yeri gəlmişkən ətraf rayonlarda bu region üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirmək lazımdır.

-Deyirsiniz amerikalılar orada bioloji silahlar hazırlayır?

-Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var.

Xəbər 1695 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +