“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


12.12.2018  17:14 

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”





A+  A-

"Azərbaycan Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.
XəzərNews.az-ın məlumatına görə, bunu BakuPost-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, ilk gündən Ukraynadakı səfirlik binasında əsaslı təmir məsələsinin Azərbaycan hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə araşdırılmasının tərəfdarı olub: "Ötən dövr ərzində bu məsələ ilə bağlı Ukrayna mediasında xeyli neqativ məlumatlar yer aldı. Həm indiki səfir Azər Xudiyev, həm keçmiş səfir Tələt Əliyev Azərbaycanın diplomatlarıdır, onları bu vəzifələrə dövlət başçıları təyin edib. Biz gərək, soyuqqanlı olaq. Artıq bu işlə ciddi məşğuldurlar. Qarşıda Yeni il bayramı var, yəqin ki, səfirliklə bağlı məsələnin araşdırılması ay yarım- iki aya yaxın çəkəcək. Aldığım məlumata görə, Hesablama Palatasının auditorları da araşdırmada iştirak edir. Məsələ tam araşdırılacaq, nəticə ortaya çıxarılacaq. Ukrayna səfirliyi ilə əlaqədar bütün məsələlər araşdırılacaq. Çünki hər iki tərəf bir-birinə qarşı çoxlu suallar ünvanlayır. Bir tərəf deyir ki, yaxınlıqda çoxmərtəbəli bina tikildiyi üçün səfirliyin binasında çatlar yaranıb, digər tərəf başqa fikir səsləndirir. Əsas Azərbaycanın müvafiq orqanlarının bu yoxlamanı başlaması idi. Yoxsa səfirlik binası ətrafında məsələ bu qədər şişdi, partladı, nə qədər söz-söhbət oldu, mətbuat konfransları keçirildi, vaxt keçdi… Mən bunu ürək ağrısı ilə deyirəm. Yenə də taleyüklü qərarı Azərbaycan verdi. Səfirlik Azərbaycanın ərazisidir, xərclənən Azərbaycanın vəsaitidir. İndi podratçı şirkət kim olub, o başqa məsələdir. Hüquq-mühafizə orqanları istintaqı aparsınlar, kimin nə qədər günahı var, təbii ki, üzə çıxacaq. Səbir və soyuqqanlılıqla gözləyək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müdrik siyasət aparır, müstəqil və aparıcı dövlətik. Əsas odur ki, emosiyalara uymayaq, səbirlə bütün problemləri həll edək ”.

İşçi qrupunun rəhbəri hesab edir ki, Ukraynadakı səfirlik ətrafında baş verənlər fonunda uduzan ümumilikdə azərbaycanlılar olub: "Bizim bu gün əsas məqsədimiz Ukrayna Ali Radasına seçkilərdə ən azı bir azərbaycanlının parlamentə düşməsinə nail olmaqdır. Ukraynada 300-350 min azərbaycanlının səsvermə hüququ var. Nəzərə alınsa ki, bu ölkədə 10-dan artıq partiya var, bu, kifayət qədər böyük elektorat sayılır. Biz birləşərək bu məqsəd uğrunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib. Nazirlik bildirib ki, hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır.

Xəbər 1860 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +