Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


07.09.2020  13:10 

Daha bir vəzifəli şəxslə bağlı qətimkan tədbiri seçildi





A+  A-

1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın öz xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq 2020-ci ilin 2 iyun və 5 avqust tarixlərində xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Baş İdarədə Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 5 sentyabr 2020-ci il tarixdə Səriyyə Tanverdiyeva Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2064 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +