Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


12.08.2020  10:48 

Sentyabrdan dərslər hansı formada keçiriləcək? - Təhsil Nazirliyindən AÇIQLAMA





A+  A-

"Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq".
XəzərNews.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, dəyərləndirmələr aparılır və bir neçə ssenari üzrə işlər gedir:

"Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır.

Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq".

Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi dərslərin bu ilin sentyabr ayında başlamasının nəzərdə tutulduğunu açıqlamışdı.

Xəbər 1814 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +