Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.03.2020  16:58 

Azərbaycanda daha bir dərmanın istifadəsinə qadağa qoyuldu





A+  A-

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub.
Mərkəzdən XəzərNews.az-a verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər.

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin nümunənin “pH göstəricisi”nin istinad edilən normativ sənədlərdə müəyyən edilmiş normaya uyğun olmadığı aşkar edilib.

Bunu nəzərə alaraq üzərində istehsalçısının Belçikanın "Alcon-Couvreur N.V" müəssisəsi göstərilən, seriyası 19F27AB, yararlıq müddəti 2021-ci ilin oktyabrınadək olan “Azarga 10mq/ml + 5mq/ml 5.0 ml göz damcısı”nın idxalı, topdan və pərakəndə satışının qadağan edilməsi haqqında Analitik Ekspertiza Mərkəzi “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı rəhbər tutaraq distribüterlər və apteklərdən geri çağırılması barədə onlara məlumat göndərilib.

Xəbər 2188 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +